Qlobal Bakı Forumu başlayır

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu işə başlayacaq.

Oxu.Az-ın məlumatına əsasən, forumda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur.

Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

Panellər formasında təşkil olunan tədbir çərçivəsində “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları; “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”; “Qida və qida təhlükəsizliyinin təşviqi”; “Gənclər danışır, biz dinləyirik”; “Şərq Tərəfdaşlığı və onun imkanları” mövzularında, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.

Qeyd edək ki, bu, sayca 8-ci Bakı Forumudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir