Qordon Braun: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal əməkdaşlığa davamlı töhfələr verir”

“Bu qədər iştirakçını bir araya toplayan təşkilatçıları alqışlayır, həmçinin işlərə rəhbərlik etdiyinə, qlobal əməkdaşlığa davamlı töhfələr verdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrlərinə və üzvlərinə minnətdarlığımı bildirirəm”.

AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın sabiq Baş naziri, BMT-nin Qlobal təhsil üzrə xüsusi elçisi və Ümumdünya Səhiyyə Təşkilatının Qlobal sağlamlığın maliyyələşdirilməsi üzrə səfiri Qordon Braun deyib.

Sabiq Baş nazir qeyd edib: “Biz iqlim dəyişikliyinə son qoymalıyıq. İqtisadi inkişafımızı sürətləndirməli, həmçinin nüvə silahlarının yayılmasının qarşısının alınması səylərinə dəstək verməliyik. Beləliklə, biz sülhə nail ola bilərik”.

İnsan həyatını xilas edən peyvəndlərin geniş şəkildə bərabər və ədalətli paylanılmasının vacibliyini vurğulayan Q.Braun diqqətə çatdırıb ki, hazırkı qlobal böhranla mübarizə aparmaq üçün bu, həll variantıdır.

“Çalışmalıyıq ki, dünyanın bu və ya digər hissəsində peyvəndlərin qıtlığına imkan verməyək. Peyvəndlər istifadəsiz qalmalı deyil. İndi hərəkətə keçməliyik ki, peyvəndlər öz istehlakçılarına çatdırılsın”, – deyə sabiq Baş nazir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir