Rəcəb Tayyib Ərdoğan: “Rusiya, ABŞ və Fransa Ermənistanın tərəfini tutur”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının Şırnakda keçirilən 7-ci Qurultayında Azərbaycanın torpaqlarını azad etməsi uğrunda mübarizəsindən bəhs edib.

“Haber Global” məlumat verir ki, o, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistanın tərəfini tutduğunu deyib:

“Bu Minsk Üçlüyü kimdir: Rusiya, ABŞ və Fransa… Rusiya, ABŞ və Fransa azərbaycanlı qardaşlarımızın torpaqlarını onlara vermədi”.

O qeyd edib ki, azərbaycanlı qardaşlarımız torpaqlarını ermənilərdən azad etmək üçün mübarizə aparırlar:

“Rəbbim onlara kömək etsin. İnanıram ki, işğal olunmuş torpaqları ermənilərdən alacaqlar və xilas edəcəklər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir