Rəşad Nəbiyev türkiyəli həmkarı ilə görüşdü

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Türkiyədə həmkarı Adil Karaismailoğlu ilə görüşüb.

“TRTHaber” məlumat verir ki, türkiyəli həmkarı R.Nəbiyevi yeni vəzifəsinə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar diləyib.

Karaismailoğlu iki xalq arasındakı dostluq və qardaşlığın təməlinin ortaq əcdadlar, mədəniyyət, taleyin birliyi üzərində qurulduğunu bildirib:

“Dəyərli həmkarımızla apardığımız müzakirələrdə dünyaya nümunə olan dostluğumuz çərçivəsində nəqliyyat və rabitə sahəsindəki əməkdaşlığımızı müzakirə etdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir