Rəsmi Bakıdan Qazaxıstana başsağlığı – FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

Oxu.Az bildirir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” hesabında məlumat verilib.

Məlumatda qeyd olunur:

“10 Yanvar – Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.

Xatırladaq ki, 2022-ci ilin ilk günlərindən Qazaxıstanda bahalaşma əleyhinə aksiyalar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir