Region gəncləri Müzəffər Ali Baş Komandanı təbrik ediblər – FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum günüdür. 

Bu əlamətdar gün münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 55 şəhər və rayonda fəaliyyət göstərən nümayəndəlikləri bir sıra tədbirlər təşkil ediblər. 

“Zəfər komandanı” adlı rəsm sərgisində gənclər cənab Prezidentin çoxşaxəli ictimai-siyasi və dövlətçilik fəaliyyətini özündə əks etdirən, son iki yüz illik tariximizdə ilk dəfə torpaqlarımızı işğaldan qurtaran müzəffər dövlət başçısı, qalib sərkərdə obrazlarını yaradaraq, sərgi iştirakçılarının diqqətinə təqdim ediblər. 

Müzəffər Ali Baş Komandanın 60 illik yubileyi ilə əlaqədar təşkil olunan görüşlərdə Ümummilli lider Heydər Əliyevin cənab Prezident barədə fikirləri səsləndirilib, İlham Əliyevin xalqa, onun ideallarına, vətənin taleyinə bağlılığı, təcrübəli dövlət başçısı kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən xalqın xeyrinə məharətlə istifadə etmək bacarığı, qlobal miqyaslı təşəbbüsləri, uğurlu siyasi-diplomatik gedişləri ilə ölkəmizin nüfuzunu gündən-günə daha da yüksəltməsi barədə gənclərə ətraflı məlumat verilib. 

Silsilə tədbirlər çərçivəsində intellektual oyunlar, rəsm müsabiqələri və ağacəkmə aksiyası da həyata keçirilib. Mərkəzlərdə “Tariximizin keşiyində”, “Prezident”, “Dəmir yumruq” filmləri izlənilib, videoçarxlar hazırlanaraq sosial mediada paylaşılıb.

Cənab Prezident, qalib xalqın gəncləri olaraq sizi təbrik edir, Vətənimiz Azərbaycanın inkişafı və qüdrətli olması üçün atacağınız bütün addımlarda uğurlar arzulayırıq. Gələcək zəfərlərimiz naminə Sizin ətrafınızda sıx birləşmişik və əmrinizə müntəzirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir