Rus Pravoslav kilsəsində şəhidlərimizin xatirəsi anılıb – VİDEO

Oktyabrın 14-də Gəncədəki Aleksandr Nevski Rus Pravoslav Kilsəsində Ermənistan ordusunun oktyabrın 11-də gecə saatlarında törətdiyi terror aktı nəticəsində həlak olmuş dinc sakinləri anma mərasimi keçirilib.

Baku TV xəbər verir ki, kilsənin keşişi Denis Sotnikov həlak olanların və Azərbaycan şəhidlərinin ruhuna dualar oxuyub, Azərbaycan ordusuna qalibiyyət arzulayıb.

Qeyd edək ki, ermənilərin Gəncəni atəşə tutması nəticəsində Aleksandr Nevski Provaslav kilsəsi də zərər görüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir