Rusiya dövlət müşaviri: “Əgər Ermənistan KTMT-dən çıxmaq istəyirsə, yol açıqdır” – VİDEO

Ermənistan tərəfi heç bir sülh sazişi imzalamağa hazırlaşmır.

Bunu Baku TV-yə açıqlamasında Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova deyib.

O, Ermənistanın bu mövqeyinin Moskvadakı bəzi dairələr tərəfindən formalaşdırıldığını da bildirib.

“Nədənsə bizim sülhməramlılar da bu yaxınlarda baş verən terror aktından sonra terrorçunu ədalətli mühakimə üçün Azərbaycana deyil, Ermənistana təhvil verdilər. Mən bu müddət ərzində Ermənistan tərəfindən sülh sazişi imzalamaq üçün ilkin danışıqlara cəhd belə görməmişəm. Əvəzində Moskvada onların müxtəlif “sancılarını” müşahidə etmişəm”, – deyə ekspert vurğulayıb.

Poloskova Rusiyanı və KTMT-ni Ermənistanın istəklərinə alət olmamağa çağırıb və sonuncunun təşkilatdan çıxmaq istədiyi təqdirdə yolunun açıq olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir