Rusiya prezidentinin müşaviri: “Azərbaycanın uğurlarına sevinirik”

“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluğun vacib nümunəsidir”.

Bunu “Report”un Rusiya bürosuna Vladimir Putinin müşaviri Vladimir Vasilyev bildirib.

“Ortaq cəhətlərimiz çoxdur. Azərbaycanda birlikdə oxuduğum bir çox dostum var. Bu günədək əlaqələrimiz var”, – V.Vasilyev deyib.

O, pandemiya dövründə Dağıstanda Azərbaycanla sərhəddə apardığı işdən danışıb:

“Pandemiya dövründə biz çox sıx əməkdaşlıq edirdik. Başqa cür ola bilməz, çünki qonşuyuq.

Azərbaycanın uğurlarına sevinirik, diqqətlə izləyirik, problem yaşananda narahat oluruq. Hesab edirik ki, bu gün əlimizdə olan potensialı daha da səmərəli şəkildə reallaşdırmaq olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir