Rusiya tərəfinin ukraynalı həmkarına görüş üçün verdiyi vaxt başa çatdı – YENİLƏNİB

Rusiya nümayəndə heyətinin Qomeldə Ukrayna ilə danışıqları gözləmək üçün elan etdiyi vaxt başa çatıb.

Ukrayna tərəfi öncədən də dediyi kimi görüşə getməyib.

13:21

Rusiya nümayəndələri bu gün saat 15:00-a (Bakı vaxtı ilə 16:00) qədər Qomeldə (Belarus) görüşlə bağlı razılığa gəlmək üçün Ukraynadan təsdiq gözləyəcəklər. 

Bunu Rusiya Federasiyasının nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib.

11:28

Rusiya prezidentin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya nümayəndə heyəti ukraynalılarla danışıqlar aparmaq üçün artıq Belarusa gedib.

Onun sözlərinə görə, nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və digər idarələrin, o cümlədən prezident administrasiyasının nümayəndələri daxil olub.

“Biz bu danışıqları Qomeldə başlamağa hazır olacağıq”, – sözçü bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.