Rusiya və İranın XİN rəhbərləri Qarabağ mövzusu ətrafında müzakirə apardılar

Rusiya və İran Qarabağdakı münaqişənin uzunmüddətli siyasi və diplomatik həllinə nail olmağın vacibliyini vurğulayıb və bölgə ölkələrinin bu prosesdəki rolunu nəzərdən keçiriblər.

TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

“Biz Rusiyanın atəşkəsin davamlı olmasını təmin edən vasitəçilik səylərini nəzərə alaraq Qarabağdakı vəziyyəti müzakirə etdik. Münaqişənin nəticələrinin aradan qaldırılmasının və ümumiyyətlə uzunmüddətli siyasi və diplomatik həllinin ədalətli əsasda əldə edilməsinin vacibliyini vurğuladıq və bölgə ölkələrinin bu prosesdə oynaya biləcəyi rolu nəzərdən keçirdik”, – deyə rusiyalı nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir