Rusiya XİN: “3+3 formatı dövlətlərarası etimadın yüksəldilməsinə xidmət edə bilər”

“3+3 formatının işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə xidmət edə bilər”.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

O bildirib ki, Moskva Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və İranın iştirakı ilə 3+3 regional məşvərət mexanizminin yaradılması ideyasını dəstəkləyir: “Bu planları praktik müstəviyə keçirməyin vaxtı çatıb. Çoxtərəfli regional əməkdaşlığın inkişafı bu formatın bütün mümkün üzvlərinin maraqlarına cavab verir. Fikrimizcə, bunun işə salınması dövlətlərarası münasibətlərdə etimadın yüksəldilməsinə, mövcud ziddiyyətlərin tənzimlənməsinə, regionun iqtisadi, nəqliyyat potensialının açılmasına xidmət edəcək. Format həm köhnə problemlərin, həm də yeni çağırışların həlli yollarını təklif edə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir