Rusiyalı deputat: “İstənilən işğal məğlubiyyətlə qurtarır” – FOTO

“Məcburi köçkünlərin buraya qayıda bilməsi üçün azad edilmiş ərazilərin qısa müddətdə bərpa edilməsi vacibdir”.

Bu barədə “Report”a Ağdama səfər etmiş Rusiya nümayəndə heyətinin üzvü, Vahid Rusiya Partiyasından Dövlət Dumasının deputatı Oleq Valençuk bildirib.

“Məndə məlumat var ki, onlar doğma yerlərinə qayıtmaq istəyirlər. Əgər tarixə diqqətlə nəzər salsaq, görəcəyik ki, istənilən işğal məğlubiyyətlə qurtarıb. Çünki işğalçılar nəticələr haqqında düşünmədən təcavüzə başlayırlar. Yaxın keçmişdə SSRİ vaxtında, almanların işğalı illərində də belə idi. Mən əminəm ki, tezliklə burada bağlar salınaca, və uşaq səsləri eşidiləcək”, – O.Valençuk qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir