Səbinə Əliyeva: “Əsrlər keçsə də, biz Ulu Öndərin qarşısında hər zaman baş əyəcəyik”

“Ulu öndər Heydər Əliyev Azərbaycanın qurucusu və memarı, Azərbaycan xalqının dahi oğludur. Bu gün şərəfli ömrünü xalqımız və dövlətimizin inkişafına həsr etmiş Ulu Öndərin anım günüdür. Əsrlər keçsə də, biz Ulu Öndərin qarşısında hər zaman baş əyəcəyik”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Heydər Əliyevin 18-ci anım günündə jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

Ombudsman bildirib ki, Heydər Əliyevin əziz xatirəsi daim Azərbaycan xalqının ürəyindədir. Biz Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edirik. Heydər Əliyevin ən böyük arzusu Azərbaycan torpaqlarının Ermənistan işğalından azad olunması idi. Şükürlər olsun ki, Ali Baş Komandan, Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi ata vəsiyyətini yerinə yetirdi. Əminəm ki, Heydər Əliyevin ruhu bu gün şaddır. Ulu Öndərə Allahdan rəhmət diləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir