Səfər Mehdiyev: “Gorus – Qafan sərhəd-keçid məntəqəsində digər məntəqələrdə qüvvədə olan rüsumlar keçərlidir”

“Gorus – Qafan sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxilolmalardan iki milyon manata yaxın rüsum toplanıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki aya yaxındır Gorus – Qafan yolunda DGK-nın müvafiq postu yaradılıb:

“Digər sərhəd-keçid məntəqələrində yüngül və ağır tonnajlı nəqliyyat vasitələri və insanlar hansı rüsumlara tabe tutulursa, həmin istiqamətdən də Azərbaycan ərazisinə daxil olan xarici avtonəqliyyat vasitələri və vətəndaşlar o şəkildə qeydiyyatdan keçir və gömrük rüsumlarını ödəyərək ölkə ərazisinə daxil olurlar”.

Qarşı tərəfin bənzər addım atacağı ilə bağlı məlumatlara gəlincə, qurum rəhbəri bilidirib ki, bura Azərbaycan ərazisidir:

“Bizim nəqliyyat vasitələrimiz qarşı tərəfə daxil olsa, bənzər addımın atılıb atılmayacağı onların işidir”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir