Səfər Mehdiyev: “İran – Azərbaycan sərhədində yeni gömrük məntəqsinin açılması ilə bağlı layihə yoxdur”

“İran – Azərbaycan sərhədində yeni gömrük məntəqsinin açılması ilə bağlı layihəmiz yoxdur”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələr getmir:

“İranla bizim kifayət qədər sərhəd məntəqəmiz var. Həm idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, həm də sərnişinlərin gediş-gəlişi üçün.

Belə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə aparılar. Biz sadəcə icraedici orqanıq. Post təyinetmə hüququmuz və səlahiyyətimiz yoxdur”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir