Səfir: “Beynəlxalq ictimaiyyətin laqeydliyi Ermənistanın işğalçılıq siyasətinə şərait yaradır” – FOTO

Dünən Braziliyanın nüfuzlu “TV Comunitaria” telekanalında səfir Elxan Poluxovun ölkəmizə həsr edilmiş müsahibəsi efirə gedib. 

Müsahibə çərçivəsində Braziliya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə edən məsələlərə toxunulub. 

Bununla bağlı Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyi məlumat yayıb.

Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü, bölgədə apardığı destruktiv və təhlükəli siyasətdən danışıb. 

Qeyd olunub ki Ermənistan rəhbərliyinin həyata keçirdiyi siyasət Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün sülh danışıqlarına son qoyub və təcavüzkar siyasətin davamıdır.

Səfir vurğulayıb ki, bu siyasətin yeridilməsinə beynəlxalq aləmin münaqişəyə laqeyd qalması şərait yaradır. O, dünya və Braziliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırıb.

Azərbaycanın danışıqları yalnız danışıq məqsədləri üçün aparmaqdan imtina etdiyi mövqe də tamaşaçıların nəzərinə çatdırılıb.

30 dəqiqə davam edən müsahibə Braziliyanın geniş auditoriyasının diqqətini çəkib və ölkəmiz haqqında gedən silsilə proqramların növbəti bir hissəsi olub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir