Səfir: “Böyük Britaniya Azərbaycanın TƏF sədrliyi dövründəki prioritetlərini dəstəkləyir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycanı ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna (TƏF) sədrliyi münasibətilə təbrik edib.

Bu barədə səfir “Twitter” hesabında yazıb.

O, ölkəsinin Azərbaycanın TƏF-ə sədrliyi dövründəki prioritetlərini dəstəklədiyini qeyd edib.

“Azərbaycanın WPS üzrə Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik. Böyük Britaniya Azərbaycanın öz sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır”, – deyə səfir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.