Səfir Qüdsi Osmanov: “Heç vaxt Krımda olmamışam, hətta SSRİ dövründə də”

Ermənistan mediasında Ukrayna Baş Prokurorluğunun Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri Qüdsi Osmanova qarşı “Krıma qanunsuz səfər” ittihamı ilə cinayət işi açdığı barədə xəbərlər yayılıb.

Bu barədə Caliber.Az-a açıqlama verən səfir hətta Sovet dövründə belə Krımda olmadığını, bu xəbərlərin tamamilə yalan və uydurma olduğunu və onu ləkələmək üçün bir aydan çoxdur ki bir kampaniya başladıldığını bildirib:

“Əlbəttə ki, bütün bu yazılanlar saxtadır. Ancaq bunu ermənilər yox, bəzi azərbaycanlı fəallar başladıblar. Aydın məsələdir ki, kimsə bunu qəsdən edir. İndi bu saxta xəbərlər erməni mediası tərəfindən götürülüb. Bir daha təkrar edirəm, heç vaxt Krımda olmamışam, hətta SSRİ dövründə də. Bunu isbat etmək çox asandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir