Səfir: “Şuşa Bəyannaməsi Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunun bəyanıdır”

“Şuşa Bəyannaməsi bir müttəfiqlikdir. Əslində Azərbaycan, Naxçıvan üçün Qars müqaviləsi nədirsə, Şuşa Bəyannaməsi də o dəyərdədir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

O deyib ki, bu bəyannamə Qafqazın bütövlüyünün, sabitliyinin, sülhü qorumaq üçün Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunun bəyanıdır: “Bundan əlavə, bəyannamə bir tərəfdən Qafqazı, bir tərəfdən Xəzər hövzəsini təminat altına alan, buranın sabitliyini qorumaq məqsədi daşıyan bir addımdır. Buradakı sabitlik zəfərdən sonra Qarabağın yenidənqurması və inkişafı ilə bərabər, açılacaq yollar, ən əsası da Zəngəzur yoludur. İnşallah, bunun sevincini də yaşayarıq. Naxçıvan türk qapısıdır. Türkiyənin Mərkəzi Asiya, Xəzər hövzəsi və Şərqə çıxışı təmin olunacaq. Bütün bunlara gedən yol da Şuşa bəyannaməsi ilə imza altına alınıb, Şuşa bu qədər dəyərlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir