Səfir: “Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək inkişaf edəcək”

Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənərək inkişaf edəcək.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Türk dünyası uşaqlarının həmrəyliyi” adlı tədbirində deyib.

Səfir bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu sadəcə türk xalqlarının şəxsiyyətlərinin tanıdılmasını deyil, həm də onların adı ilə bağlı tədbirlərdə iştirak edir:

“Bu torpaqlar bizim ata torpaqlarımız olduğundan qardaşlığımızın mayası olan hər şeyi yeni nəsillərə ötürməli, Qazaxıstandan tutmuş Türkiyəyə qədər bütün türk dünyasının mədəniyyətini, tarixini, dahi şəxsiyyətlərini qorumalıyıq. Bu mənada müxtəlif türk ölkələrindən olan uşaqları burada görmək ayrı bir gözəllikdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir