Səfir: “Türkiyə Prezidentinin özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir”

“Bu, mənim Qarabağa 4-cü səfərimdir, amma səfirlərlə birgə burada olmaq çox dəyərlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın özəl tapşırığı ilə Qarabağdakı işlər hər gün izlənilir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib.

O deyib ki, dünya Azərbaycanın Qarabağdakı zəfərinin gücünü azad edilmiş torpaqların yenidənqurma və inkişafında da görür: “üç ay ərzində elektrik enerjisi yarımstansiyası tikilib. Eyni zamanda, Füzuli hava limanı bir il vaxt tamam olmadan, sentyabrın ilk həftəsində sınaq uçuşlarına başlayacaq. Nə qədər sevinsək, azdır”.

Səfir deyib ki, onun doğulduğu Çorum şəhəri ilə Füzuli şəhəri qardaşlaşmış şəhərlərdir:

“Gələcəkdə Çorumun rəsmilərindən ibarət böyük heyəti Füzulidə görmək istəyirəm. Bununla bağlı işlərə başlayacağıq. Türkiyə olaraq Qarabağın hər yerində olduğu kimi, Füzulidə də nələr edə biləcəyimizi, necə töhfə verəcəyimizi müəyyən edəcəyik. Doğulduğum şəhər adına da bu gün ayrıca sevincliyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir