Səhər Mehdiyev: “Elektron ticarəti nəzarətə götürə bilmişik”

“Ötən il 305 saylı qərara düzəliş olarkən həddindən artıq Gömrük Komitəsinin layihəsinin üzərinə gəlirdilər və bununla bağlı açıqlama vermişdik ki, hər hansı bir müraciət olmayacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bəzi deputatların digər yollarla kompüterlər, elektron əşyalar gətirməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələ bu gün tam nəzarətə götürülüb: “Qaçaqmalçılıq və yayınma hallarının qarşısının alınması məqsədilə elektron idarəetmə sistemləri və elektron bəyannamələr qəbul edilib. Böyük bir baza yaranıb, elektron ticarəti nəzarətə götürə bilmişik”.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir