Səkkiz yaşlı azərbaycanlı qız Xarkovdan İlham Əliyevə və Ərdoğana müraciət etdi – VİDEO

Xarkovda yaşayan azərbaycanlı ailənin azyaşlı qızı Azərbaycan və Türkiyə prezidentlərinə müraciət edib.

Ria24.Az xəbər verir ki, müraciətin videosunu Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli özünün “Facebook” səhifəsində paylaşıb.

Ələsgərovlar ailəsinin səkkiz yaşlı qızı Gülzar müraciətində deyib:

“Mən Ukrayna uşaqlarının adından Azərbaycan Prezidenti İlham Əliyevə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana səslənirəm. Sizlərdən Ukrayna Prezidenti Volodimir Zelenskiyə kömək etməyinizi xahiş edirəm. Biz Xarkovda sakit, sülh və əmin-amanlıq içərisində yaşamaq istəyirik. Sizi ürəkdən sevirəm”.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.