Sahibə Qafarova: “Beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir”

Milli Məclisin beynəlxalq təşkilatın üzvü olan deputatları Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri həmin təşkilatlara çatdırırlar.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, bütün ölkələrə, beynəlxalq təşkilatlara cəbhə bölgəsində baş verən hadisələr barədə məlumatlar göndərilir:

“Parlamentin dostluq qruplarının üzvü olan deputatlarımız müvafiq ölkələrə məktublar göndərirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir