Sahibə Qafarova Zəngəzur dəhlizinin Pakistan və Türkiyə arasındakı rolundan danışdı

“Bu gün artıq Zəngəzur dəhlizinin bərpa olunması üçün addımlar atılır. Bu, Türkiyə ilə Azərbaycan arasında birbaşa və daha səmərəli əlaqəni təmin edəcək bir dəhlizdir”.

Oxu.Az xəbər verir ki, bunu spiker Sahibə Qafarova türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdə deyib.

O bildirib ki, Xəzər dənizi vasitəsilə Əfqanıstanı, Mərkəzi Asiyanı Cənubi Qafqaz regionu və Türkiyə ilə birləşdirən Lapis Lazuli dəhlizi regional nəqliyyat əlaqələrini getdikcə genişləndirməkdədir.

Sahibə Qafarova bildirib ki, Zəngəzur dəhlizi işə salındıqdan sonra Pakistandan Türkiyəyə qədər olan nəqliyyat xəttinin səmərəli fəaliyyəti reallığa çevriləcək.

“Bu, tarixən bir-birinə yaxın olmuş xalqlarımız arasında əlaqələrin yenidən canlanmasını təmin edərək, onların rifahının yüksəlməsinə böyük töhfə verəcək”,- deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir