Şahmar Mövsümov: “Vaksin millətçiliyi ədalətsiz yanaşmadır”

“Bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirdi”. 

Oxu.Az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb. 

“İnkişaf edən ölkələrin bir çoxunda isə heç 10 faizə çatmayıb. Təbii ki, bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır”, – deyə o əlavə edib

Onun sözlərinə görə, bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu, tezliklə bitsin.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir