Şair Ramaldanov: “Sülhməramlılar silahlı erməni qruplaşmalarına nəzarət edə bilmir” – VİDEO

Hərbi ekspert, polkovnik Şair Ramaldanov Şuşa şəhəri yaxınlığında baş vermiş terror aktını Baku TV-yə şərh edib.

O, bu hadisəni silahlı separatçı dəstələrin tərkisilah edilməsinin vacibliyinin daha bir sübutu kimi qiymətləndirib.

“Müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşmiş Rusiya sülhməramlıları silahlı erməni qruplaşmalarına ya nəzarət edə bilmir, ya da etmək istəmir. Baxmayaraq ki, Azərbaycan tərəfindən bir neçə maddə ilə cinayət işi qaldırılıb, Rusiya tərəfi terrorçunu Ermənistana təhvil vermək barədə qərar qəbul edib. Bu nə dərəcədə ədalətlidir? Terror aktı Azərbaycan ərazisində baş verib, Azərbaycan hərbçiləri xəsarət alıb, amma terrorçu Ermənistana verilir”, – deyə polkovnik qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir