Semyon Uralov Ermənistandakı vəziyyət barədə: “Bu, yaxşı heç nə ilə bitməyəcək”

“Hazırda Ermənistanda baş verənləri daha dərin bir böhrana giriş nöqtəsi kimi qəbul edirəm. Ölkənin yoxsul əhalisini narahat edən korrupsiya ilə mübarizə və daxili siyasi problemlərin müzakirəsi adı altında respublikanın demontajı baş verir. Bu, yaxşı heç nə ilə bitməyəcək”.

Bu fikirləri rusiyalı politoloq, “SONAR-2050” analitik layihəsinin baş redaktoru Semyon Uralov Caliber.Az-a açıqlamasında söyləyib.

Ekspert Nikol Paşinyanın radikal, ultra-millətçi müxalifətin meydanında oynamasından və ultra-millətçi “Sasna Tsrer” partiyasının nümayəndəsi Varujan Avetisyanın səsləndirdiyi “Sovet Ermənistanı” açıqlamasına da münasibət bildirib:

“Nikol Paşinyanın radikallar səhnəsində oyununa gəldikdə isə, bu, müxtəlif şəxsiyyətləri üz-üzə qoymağı hədəfləyən daxili parçalanmaya yönələn təxribatdır.

“Sovet Ermənistanı”ndan danışmaq isə minimum gülüncdür, maksimum isə bu fikirdə bir səfehlik var. Ermənistan Sovet İttifaqını tərk edən ölkələrdən birincisi idi. Mərkəzdənqaçma hərəkatı Gürcüstanda, Ermənistanda və Moldovada (Baltikyanı ölkələri nəzərə almasaq – red.) başladı.

Ancaq həmən o Ermənistanda SSRİ dövrünü unutmayan, o dövrü rəğbət və nostalji ilə xatırlayan insanlar var. Həmçinin qərb həyat tərzini mənimsəmiş gənclik var, baxmayaraq ki, onların hamısı belə deyil. Bu yenə müxtəlif sosial-siyasi qrup təmsilçilərinin provokasiyasıdır və “odla oynamaq” anlamına gəlir.

Növbəti addımda nə baş verəcək? Bu artıq “Failed state”dir – baş tutmamış dövlətdir, yaxud vətəndaş müharibəsidir, və ya onsuz da əhalinin yarısının ölkəni tərk etdiyi Ermənistanda vətəndaşlarının kütləvi qaçışıdır. Onların hara baş götürüb gedəcəyi məlumdur, əksəriyyəti Rusiyaya gedəcək. Bütün müttəfiqlərimizin və qonşularımızın problemləri bizə ən azı miqrasiya şəklində qayıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir