Serj Sarqsyan bir daha faşist Qaregin Njdeni tərifləməyə başlayıb

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan Ermənistanda siyasi vəziyyət hər gün ağırlaşdığı və daxili “qüvvələr” arasındakı güc mübarizəsinin hər həftə yeni bir səviyyəyə çatdığı vəziyyətdə boş dayanmamağa qərar verib.

Özünə daha çox diqqət cəlb etmək və respublikanın təcrübəsiz rəhbərliyinə bir daha badalaq gəlmək məqsədilə, xalqına olmayan vətənpərvərlik hisslərini oyatmaq üçün müraciət edib.

Sarqsyan müraciətində qondarma erməni “qəhrəmanların” adlarını sadalayıb, yöndəmsizcə bugünkü xaosla qondarma “böyük Ermənistan” arasında müqaisə aparıb.

Diqqət çəkən məqam budur ki, eks-prezident öz kumiri faşist və alçaq Qaregin Njdeni xüsusi qeyd edib. Mətni hazırlayan Sarqısyan epitetlərdə heç xəsislik etməyib və həvəslə erməni xəyanətkarlığının əsl üzü – Njdedən sitat gətirib.

“Zabitlər təslim olacaqlar. Qoyun getsinlər. Mən də ölümə gedirəm. Hələ özünü ölü hesab etməyənlər mənim dalımca gəlsin”, – deyə Ermənistan Respublikasının üçüncü prezidenti faşistin nitqini təkrarlayıb.

Xatırladaq ki, məhz Sarqsyan Ermənistanda faşistin qızğın təbliğatçısına çevrilib və prezidentlik müddətinin bir hissəsini onun tərifinə həsr edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir