Serqey Mironov: “Rusiya sabit və firavan Azərbaycanda maraqlıdır”

Rusiya Federasiyası Dövlət Dumasının “Həqiqət naminə Ədalətli Rusiya” fraksiyasının rəhbəri Serqey Mironov “Moskva-Bakı”ya müsahibəsində Rusiya-Azərbaycan əməkdaşlığı və Ermənistan-Azərbaycan nizamlanması üzrə 2021-ci ilin yekunlarından danışıb.

Onun sözlərinə görə, Rusiya sabit və firavan Azərbaycanda maraqlıdır.

O, həmçinin qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi, o cümlədən Yeni İpək Yolu formatında inkişafı artıq bu gün ölkələr arasında əməkdaşlığın genişlənməsinə, eləcə də irimiqyaslı investisiya layihələrinin formalaşmasına və həyata keçirilməsinə töhfə verir.

““Şimal-Cənub” dəhlizi daxilində müxtəlif variantlar və marşrutlar arasında rəqabət gələcəkdə daha da güclənəcək. Elə buna görə də Böyük Qafqazın makroregionunda sabitlik həm Rusiya, həm də Azərbaycan üçün çox vacibdir”, – deyə Mironov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir