Simon Kopadze: “Ermənilərin Aya da iddiası başlasa, təəccüblənmərəm” – MÜSAHİBƏ

Ermənistan müxalifəti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması və “Qarabağ probleminin həlli” ilə bağlı əsas və çox qəribə tələbləri səsləndirib. Məlum olub ki, Gürcüstan ərazisinin erməniləşdirilməli olan bir hissəsi də bu “nizamlanma” ilə bağlıdır. Belə ki, Ermənistanın Milli Demokratik Qütbünün təşəbbüs qrupunun üzvü Vahe Qasparyan “Qarabağ problemi”nin “Ermənistanın ərazi bütövlüyünün bərpası” kontekstində həll olunmasını təkid edir. Bunun üçün isə “Qarabağın işğaldan azad edilməsi”, daha 7 rayonun və “Qardmank”ın olması lazımdır, çünki guya Millətlər Liqasının qərarına əsasən bu ərazi Ermənistanın tərkibində olub. Ermənistanda “Qardmank” dedikdə geniş Azərbaycan, hətta gürcü torpaqlarını nəzərdə tuturlar. Bunlar Şəmkir, Mingəçevir və Qardabanidir.

Gürcü politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze Ria24.Az-a müsahibəsində belə bir sual verib:

“Millətlər Liqası ümumiyyətlə Ermənistanı tanıyıbmı? İrəvanda bu suala cavab vermək istəmirlər? Təbii ki, ermənilərin Türkiyə də daxil olmaqla bütün dövlətlərə qarşı ərazi iddiaları olduğunu başa düşürəm. Onlar Aya da iddia etməyə başlasalar, təəccüblənmərəm”:

– Müxtəlif erməni xadimlərinin səsləndirdiyi axmaq fikirlərə münasibət bildirmək mənim üçün çox çətindir. Onların axmaqlığının sadəcə həddi-hüdudu yoxdur, fikrimi açıq ifadə etdiyimə görə məni bağışlayın. Onlarda elementar məntiq yoxdur!

İnsan nəyisə iddia edəndə məlumatı olmalıdır, mənbəni göstərməlidir. Harada yazılıb ki, Qarabağ Ermənistan ərazisi olub? Harada, nə vaxt və kim tərəfindən qurulub?!

– Həm də faktiki olaraq Qardabani ermənininki adlandırıblar…

– Bəli, təsəvvür edin! Əgər son iki min illik tarixi götürsək, Ermənistanın dövlətçiliyi yox idi. Onlar Gürcüstanın, Türkiyənin, İranın vassalı olublar… Ermənilərin dövlətçiliyi nə vaxt olub? Hansı ərazidə? Bunu bilən varmı?

Erməni liderlərinin verdiyi bəyanatlar kosmik miqyasda axmaqlıqdır. Mən sizə bir hekayə danışacağam. Dostlarımdan biri (soyadını deməyəcəm) Gürcüstanın Ermənistandakı səfiri idi. O, Ermənistan siyasətindən danışırdı. Hansısa erməni “alim” tamam tarixi cəfəngiyyatlar yazıb, heç kim onun əsərinə reaksiya verməyib. Beş ildən sonra başqa belə bir “alim” yeni kitab yazır, orada əvvəlki erməni “tədqiqatçısına” istinad edir, amma heç kim onu ​​təkzib etməyib! Saxtalaşdırılma xətti bax belə yaranır.

– Ermənistanda tez-tez səslənən daha bir maraqlı tezis var: “Ərazi bütövlüyünün tanınması sərhədlərin tanınması demək deyil”…

– Bu haqda danışanlar sadəcə olaraq “fikir nəhəngləri”dir, əslində isə təxribatçıdırlar. Bu olduqca axmaq ifadədir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.