SOCAR-dan Prezidentə təbrik VİDEOÇARXI

SOCAR Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə əlaqədar təbrik videosu hazırlayıb.

Videoda ölkə başçısının SOCAR-ın vitse-prezidenti olduğu zamanlar əks olunub, eyni zamanda Prezidentin öz dilindən təəssüratları səsləndirilib.

Videoçarx bu qeydlə paylaşılıb:

“Hörmətli Prezidentimiz, cənab İlham Əliyev!

Azərbaycan neftçiləri Sizi anadan olmağınızın 60-cı ildönümü münasibəti ilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, Vətənimizin rifahı naminə həyata keçirdiyiniz yorulmaz fəaliyyətinizdə daha böyük zəfərlər arzulayır. Şanlı tarixi keçmişə, zəngin ənənələrə malik Azərbaycan neftçiləri qalibiyyətli enerji strategiyasının daha böyük uğurlar qazanması istiqamətində Sizin müəyyən etdiyiniz vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcək, dövlətçiliyimizin durmadan möhkəmləndirilməsi, ölkəmizin iqtisadi qüdrətinin davamlı olaraq yüksəlməsi üçün var qüvvəmizi səfərbər edəcəyik”.

Sözügedən videoçarxı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir