Spiker Moskvaya getdi – FOTO

Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bu, Sahibə Qafarovanın Milli Məclisin sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

Nümayəndə heyətinin tərkibinə deputatlar Səməd Seyidov, Nizami Səfərov, Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb.

Sabah parlamentin sədri Sahibə Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir