Təbrizli deputatdan Qarabağla bağlı təbrik mesajı

İslam Şura Məclisində Təbriz, Azərşəhr və Usku şəhərlərini təmsil edən Ruhullah Mütəfəkkir Azad şəxsi “Twitter” səhifəsində Azərbaycan xalqını Qarabağın azad edilməsinin ildönümü münasibətilə təbrik edib.

Oxu.Az xəbər verir ki, deputat qeyd edib:

“İşğal olunmuş torpaqların azad edilməsi Azərbaycan xalqı üçün dönüş nöqtəsidir və bu mübarək hadisənin ildönümündə bu ölkənin əziz xalqının sevincini bölüşürəm”.

“Ümid edirik ki, 30 illik işğal və müharibə təcrübəsi sülhün qorunması və Cənubi Qafqazda xaos yaratmaq istəyən başqalarının təxribatlarının qarşısının alınması üçün bir ibrət olacaq”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir