Tbilisi meri Bakıya gəlir

Gürcüstanın Tbilisi şəhər meri Kaxa Kaladze 13-14 iyul tarixlərində Bakıya rəsmi səfər edəcək.

Bu barədə paytaxt meriyasının mətbuat xidməti məlumat yayıb.

Kaladzenin səfəri çərçivəsində Azərbaycanın paytaxtında iki şəhər – Tbilisi və Bakı arasında qardaşlıq haqqında memorandum imzalanacaq.

Həmçinin yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır. Bakıda Kaladzeni müavini İlya Eloşvili müşayiət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir