TBMM sədri Bakı Bəyannaməsinin əhəmiyyətindən danışacaq – ANONS

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop “Haber Global” televiziyasının baş redaktoru Tuba Atavın suallarını cavablandıracaq.

TBMM sədrinin Tuba Atava eksklüziv müsahibəsi Bakı vaxtı ilə 21:00-da canlı yayımlanacaq.

Müsahibə zamanı Mustafa Şəntop Türkiyə-Azərbaycan-Pakistan parlamentlərinin spikerlərinin Bakıdakı toplantısında hansı mövzulara toxunulması, Bakı Bəyannaməsinin əhəmiyyəti barədə sualları cavablandıracaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir