Teodor Karasik: “ABŞ “erməni soyqırımı”nın tanınmasına Ankaranın mümkün reaksiyasını təhlil edir”

“Erməni soyqırımı” ilə bağlı qanun layihəsi ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə 22-23 aprel tarixlərində virtual formatda keçiriləcək iqlim dəyişikliyi sammitindən dərhal sonra təqdim ediləcək.

Bu barədə amerikalı analitik, “Gulf State Analytics”in (geosiyasi risk qiymətləndirmə şirkəti, Vaşinqtonda yerləşir) aparıcı eksperti Teodor Karasik Caliber.Az-a verdiyi şərhdə bildirib.

O, Co Bayden administrasiyasının həqiqətən də bu aksiyanın (“soyqırımı”nın tanınması – red.) həyata keçirilməsini istədiyi ehtimalını irəli sürüb. Ekspertin sözlərinə görə, bununla da, Türkiyə ilə münasibətlərdə bu mövzuda bir presedent yaradıla bilər.

“Ankaranın davranışına təsir etmək cəhdləri müxtəlif səbəblərdən edilir. Türkiyə bir neçə münaqişə bölgəsində müstəqil hərbi əməliyyatlar aparır, Ankara təsirli bir diplomatik sıçrayış edib və bu sürpriz deyil (ABŞ üçün – red.). Buna görə də indi bütün müsbət və mənfi cəhətlər qiymətləndirilir”.

T. Karasik Vaşinqtonun Türkiyə rəhbərliyinin mümkün reaksiyasını təhlil etdiyini (ABŞ tərəfindən “erməni soyqırımı”nın tanınması da daxil olmaqla) bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir