Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edildi

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev qanunu imzalayıb

Bu qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə dövlətmizin başçısı fərman da imzalayıb. 

Fərmana əsasən, Ticarət Gəmiçiliyi Məcəlləsinin 2.8-ci bəndində “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan İnvestisiya Holdinqi” sözləri ilə və “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilir.

Bundan başqa, həmin Məcəlləyə 2.10-cu bənd əlavə edilir:

“Həmin Məcəllənin 20-ci, 27.2-ci və 275.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir