Tramp milli təhlükəsizliklə bağlı iclası xəstəxanadan idarə etdi

ABŞ-ın dövlət katibi Mayk Pompeo Trampın milli təhlükəsizliklə bağlı iclasa xəstəxanadan rəhbərlik etdiyini söyləyib.

Bu barədə RİA Novosti xəbər verir.

“Bu gün prezidentlə xeyli danışmaq imkanım olub. O, milli təhlükəsizlik üzrə heyətin bütün üzvləri ilə danışıb. Biz hamımız baş verə biləcək hər şeyə hazırıq. Danışıqlar prosesi yaxşı keçdi, nə barədə danışdığımızı deməyəcəyəm. Amma prezidentin dünyada baş verən hadisələrdən tam xəbərdar olmasını təmin etdik. Bu səfər üçün əlavə təlimat almışam, onları yerinə yetirəcəyimə inanıram”, – deyə M.Pompeo Yaponiyaya səfəri ərəfəsində jurnalistlərə açıqlamasında söyləyib.

M.Pompeonun sözlərinə görə, Tramp “birbaşa və səmimi” danışaraq yaxşı əhval-ruhiyyədə olub.

Xatırladaq ki, Tramp oktyabrın 2-də koronavirusla bağlı xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir