Türk Şurasının sammitinin vaxtı AÇIQLANDI

Martın 31-də Qazaxıstanın Türkistan şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qeyri-formal Sammiti keçiriləcək.

Bununla bağlı Oxu.Az-a Qazaxıstanın Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Sammit Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə baş tutacaq.

Səfirlikdən bildirilib ki, Türk Şurasına üzv olan bütün dövlətlərin başçıları və sözügedən təşkilatda müşahidəçi olan Macarıstanın Baş Naziri forumda iştirakını təsdiqləyiblər.

Sammitin sonunda Türkistanın Türk dünyasının mənəvi paytaxtı elan edilməsinə dair Bəyannamənin imzalanması gözlənilir.

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir