Türkiyə-Azərbaycan münasibətlərinin 30 illiyi: Cahid Bağçı paylaşım etdi – FOTO

Bu gün Türkiyə və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

Bu münasibətlə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı özünün “Twitter” hesabından paylaşım edib.

“Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla əlaqələrinin əsasını cümhuriyyətimizin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamı ilə ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının vəhdəti təşkil edir”, – deyə o, bildirib.

Onun sözlərinə görə, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin “Şuşa Bəyannaməsi” ilə atdıqları imzalar iki qardaş ölkə arasında əlaqələri strateji müstəvidən müttəfiqlik səviyyəsinə qaldırıb.

“Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü mübarək, qardaşlığımız əbədi olsun”, – deyə diplomat sözlərini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir