Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistan hərbi birləşmələrinin Gəncəyə terror hücumu barədə “Twitter” hesabında paylaşım edib:

“Hərbi cinayət və insanlığa qarşı cinayətlər törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəsdə belə mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirir. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”.

Paylaşımda Gəncənin barbar hücumlardan sonrakı görüntüləri də qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir