Türkiyə MN-dən Qanlı Yanvarla bağlı paylaşım – FOTO

Türkiyə Milli Müdafiə Nazirliyi 20 Yanvarla bağlı paylaşım edib.

Nazirliyin “Twitter” hesabından edilən paylaşımda bildirilir:

“Qara Yanvar, Qanlı Yanvar Unutmadıq, Unutmayacağıq!

20 Yanvar 1990 tarixində qardaş Azərbaycanda yaşanan və Qara Yanvar adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anır, Azərbaycanın Milli Matəm Günündə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

Paylaşıma Türkiyə və Azərbaycan bayraqları da əlavə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir