Türkiyə parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi

Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop arasında telefon danışığı olub.  

Bu barədə Oxu.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Telefon danışığı TBMM sədrinin təşəbbüsü ilə baş tutub.

M.Şentop Milli Məclis sədrini, bütün millət vəkillərini və bütövlükdə Azərbaycan xalqının müqəddəs Qurban bayramını təbrik edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

S.Qafarova bu xoş niyyət və diqqəti üçün türkiyəli həmkarına təşəkkürünü ifadə edib.

Öz növbəsində, Mustafa Şentopun, TBMM-nin bütün üzvlərinin və qardaş türk xalqının Qurban bayramını təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir