Türkiyə səfiri Nizami Gəncəvinin məqbərəsi ilə bağlı paylaşım edib – FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncəyə səfəri zamanı Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.

Bununla bağlı o, “Twitter”də paylaşım edib.

“Türk dünyasının mənəvi memarlarından olan Nizami Gəncəvinin (1141-1209) hüzurundayıq”, – deyə o şərh yazıb.

Paylaşıma məqbərədən çəkilən fotolar da əlavə edilib.

Xatırladaq ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Gəncəyə səfər edib. O, səfər çərçivəsində Şəhidlər xiyabanı və Ermənistan ordusu tərəfindən raket atılan Qələbə parkını ziyarət edib, həmçinin Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir