Türkiyə səfiri Rusiya-Ukrayna müharibəsi haqda: “Vasitəçilik təşəbbüslərimiz davam edir”

“Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

Ria24.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibə qəbuledilməzdir.

“Bu addım beynəlxalq hüquqa ziddir. Bu addım regionun sabitliyinə və təhlükəsizliyinə vurulan ağır zərbədir”, – deyə səfir əlavə edib.

Onun sözlərinə görə, Türkiyə hələ də Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün vasitəçilik təşəbbüslərini davam etdirir.

“Biz bu məsələnin diplomatik yolla həlli üçün əlimizdən gələni edirik”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.