Türkiyə və Qazaxıstan XİN rəhbərləri Qarabağı müzakirə ediblər

Türkiyə və Qazaxıstan xarici işlər nazirləri (XİN) Qarabağ barədə danışıblar.

Bu barədə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

Çavuşoğlu deyib ki, Qarabağ məsələsi xüsusilə müzakirə olunub:

“Bölgə ilə əlaqəli mövzuları müzakirə etdik. Həm Orta Asiya, həm Türk Şurası və xüsusilə də Qarabağ kimi bizləri maraqlandıran mövzuları müzakirə etdik”.

Türkiyəli nazir qeyd edib ki, İpək yolunun canlanması gündəmdə olan əsas məsələlərdəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir