Türkiyə və Rusiya Cənubi Qafqazı müzakirə edib

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal rusiyalı həmkarı Andrey Rudenko ilə Cənubi Qafqaza dair müzakirələr aparıb.

Bu barədə Rusiya XİN məlumat yayıb.

Məlumata görə, İstanbulda baş tutan görüşün başlıca mövzusu Cənubi Qafqazda cərəyan edən proseslər olub.

Tərəflər bölgədə 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan + Rusiya, Türkiyə, İran) mexanizminin tezliklə işə salınmasının aktuallığı təsdiq edib.

Həmçinin, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasında üçtərəfli razılaşmaların ardıcıl şəkildə icrasının vacibliyi vurğulanıb.

Görüşdə Ukrayna və Suriyadakı vəziyyət, həmçinin Türkiyə-Rusiya hərbi-texniki əməkdaşlığı ətrafında da fikir mübadiləsi aparılıb.

Mənbə: mid.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir