Türkiyədən təklif: Şuşa Türk dünyasının mədəniyyət mərkəzi olsun

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi (TDMMB) Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhərinin bütün Türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını təklif edib.

“Anadolu” agentliyi xəbər verir ki, təşəbbüsü TDMMB rəhbəri, Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mücahit Demirtaş səsləndirib:

“Bu addım Azərbaycan şəhərinin beynəlxalq aləmdə nüfuzunu gücləndirəcək və eyni zamanda Qarabağdakı qələbənin möhkəmləndirilməsinə töhfə verəcək”.

Demirtaş TDMMB-nin Azərbaycanın Ermənistanın işğalından azad edilmiş bölgələrinin bərpası prosesinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2022-ci ildə Türk dünyasının qədim şəhərlərinin yenidən qurulması üçün beynəlxalq fikir müsabiqəsinin təşkili və Azərbaycanın Qarabağ bölgəsinin inkişafı istiqamətində 100 illik təşəbbüslər planının hazırlanması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir